Azərbaycanda həyata keçirilən süni intellekt əsaslı təşəbbüs nəyə xidmət edəcək?

Azərbaycanda həyata keçirilən süni intellekt əsaslı təşəbbüs nəyə xidmət edəcək?






presstv

"Presstv"az #Azərbaycan, #Dünya İqtisadi Forumu, #İqtisadiyyat Nazirliyi, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AI in Energy” təşəbbüsü süni intellekt əsaslı həllər vasitəsilə həm Azərbaycanda, həm də dünya miqyasında şəhər enerjisinin idarə edilməsini yaxşılaşdırmağa imkan verəcək”.

presstvaz    xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun (WEF) “Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024” adlı hesabatında qeyd olunub.

Hesabatda fikirləri yer alan İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib ki, pilot layihə WEF ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir: “Layihə süni intellektin energetika sahəsinə tətbiqinə yönəlib və bu da Azərbaycanda enerji istehlakını optimallaşdırmağa, enerji səmərəliliyini artırmağa, əməliyyat xərclərini azaltmağa və ətraf mühitə təsiri minimuma endirməyə imkan verəcək”.

O əlavə edib ki, layihənin müsbət və uğurlu nəticələri digər ölkələr üçün model olacaq.

Hesabatda qeyd olunub ki, layihə Azərbaycanın enerji sistemlərinə süni intelektin inteqrasiyası imkanlarını, xüsusilə şəhər şəraitində dayanıqlılığın və enerji səmərəliliyinin artırılması məqsədilə öyrənməyə yönəlib: “Bu təşəbbüs çərçivəsində hədəflərə nail olmaq üçün əsas maraqlı tərəflərlə ətraflı müsahibələr aparılır. Bu addımlar enerji resurslarının idarə edilməsinin mövcud sistemindəki boşluqların, çağırışların və imkanların müəyyənləşdirilməsinə yönəlib”.\report/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv