MSK sədrinin müavini: “1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq”

MSK sədrinin müavini: “1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq”






presstv

"Presstv"az #Bələdiyyə, #Bələdiyyə seçkisi, #Mərkəzi Seçki Komissiyası (MSK), #Rövzət Qasımov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə barədə məlumat verilib.

presstvaz   xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Sədrin müavini qeyd edib ki, ölkədə 70 minə yaxın yerli müşahidəçi bələdiyyə seçkilərini müşahidə edəcək:

“Bələdiyyə seçkiləri keçiriləcək 118 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq. Veb-kameralar quraşdırılan bəzi məntəqələrdə müəyyən dəyişikliklər olub. 2024-cü il noyabrın 26-da 51 seçki məntəqəsinin hüdudlarında dəyişiklik edilib. Ümumilikdə 89 seçki məntəqəsinin parametrlərində dəyişiklik olub. 62 məntəqənin nömrəsində dəyişiklik edilsə də, bu məntəqələrdə veb-kameralar əvvəldən var. 15 yeni seçki məntəqəsində isə yeni veb-kameraların quraşdırılması qərarına gəlinib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv