“Kəpəz” 19 illik göstəricisini yenilədi

“Kəpəz” 19 illik göstəricisini yenilədi






presstv

"Presstv"az #Azərbaycan, #Futbol, #Neftçi, #Premyer Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Premyer Liqasının XIX turunun “Kəpəz” – “Turan Tovuz” qarşılaşması Gəncə klubunun 5:2 hesablı qələbəsi ilə başa çatıb.

presstvaz   Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz” tarixində ilk dəfə Premyer Liqa matçında 4-dən çox top buraxıb.

“Kəpəz” 11 il 8 aydan sonra bir matçda 5 və ya daha çox qol vurub. Gəncəlilər sonuncu dəfə 2013-cü il mayın 13-də “Turan”la səfərdəki qarşılaşmada belə məhsuldar olub – 5:3.

“Kəpəz”in ev matçında 5 və ya daha çox qol vurması isə sonuncu dəfə təxminən 19 il, daha dəqiq isə 18 il 8 ay öncə qeydə alınıb. Gəncə təmsilçisi 2006-cı il mayın 29-da MOİK-i 5:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 7 qolun vurulduğu görüş həm də mövsümün ən məhsuldar qarşılaşması adına şərik olub. Oktyabrın 4-də “Kəpəz” – “Neftçi” matçında da eyni sayda qol vurulub – 4:3.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv