Pomidor şirəsinin orqanizm üçün heyrətamiz faydası

Pomidor şirəsinin orqanizm üçün heyrətamiz faydası






presstv

"Presstv"az #Demensiya, #Düzgün qidalanma, #Həkim məsləhəti, #Pomidor şirəsi, #Pomidorun faydaları və zərərləri, #Sağlam qidalanma, #Sağlam qocalma, #Sağlamlıq, #Tərəvəzlərin faydaları, #Yulaf

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Günü çay və ya qəhvə əvəzinə pomidor şirəsi ilə başlamaq lazımdır. Bu, demensiya və hipertoniyadan qoruyan mükəmməl içkidir”.

presstvaz-ın rg.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə britaniyalı məşhur həkim Ranc Singh danışıb.

Onun sözlərinə görə, duzsuz tomat şirəsi və yulafın birləşməsi sağlamlıq üçün çoxlu üstünlüklər verir, orqanizmdə xolesterol səviyyəsini azaldır və şlaklardan təmizləyir.

“Tomat şirəsi içkiyə xarakterik qırmızı rəng verən likopen ilə zəngindir. Bu piqment ürək tutması riskinin artması ilə əlaqəli damarlarda ərpin yaranmasının qarşısını ala bilir. Çünki likopen zərərli xolesterol növünü (ASLP) inhibə edir”, – deyə Ranj Singh qeyd edib.

Həkim bildirilib ki, bir çoxlarının düşündüyünün əksinə xolesterol orqanizm üçün zəruridir – həzm, “D” vitamini və hormonların istehsalı daxil olmaqla bir çox funksiyaları üçün son dərəcə vacibdir. Ancaq həddindən artıq olduqda (yağlı qida, alkoqol qəbulu, fiziki aktivliyin çatışmazlığı, artıq çəkiyə görə) qanda toplanır, bu isə sağlamlıq üçün ziyandır.

“Məkrli cəhət ondan ibarətdir ki, yüksək xolesterol səviyyəsi heç bir şəkildə özünü göstərməyə bilər, lakin bu göstəricinin artması ilə insult və digər həyat üçün təhlükəli vəziyyətlərin riski artır”, – həkim deyib.

Ekspert bildirib ki, duzsuz tomat şirəsi həqiqətən bəzi insanlarda xolesterol səviyyəsini azaltmağa kömək edir”, – deyə mütəxəssis bir daha vurğulayıb.

Tomat şirəsindən əlavə, Ranc Singh səhər yeməyində yulaf yeməyi məsləhət görüb.

“Tam taxıl məhsulları bağırsağın işini yaxşılaşdırmağa kömək edir, bu da artıq xolesterolu orqanizmdən xaric etməyə kömək edir”, – deyə o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv