Sankt-Peterburqda ad günündən qayıdanlar gölə “uçdular”: Sərnişinləri buzların içindən çıxardılar

Sankt-Peterburqda ad günündən qayıdanlar gölə “uçdular”: Sərnişinləri buzların içindən çıxardılar






presstv

"Presstv"az #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Sankt-Peterburq şəhərində “Range Rover” yolsuzluq avtomobili Fontanka çayının sahilindən uçaraq buzlu suya düşüb.

presstvaz-ın xəbərinə görə, bu barədə Fontanka.ru məlumat verib.

Bildirilib ki, yanvarın 18-də Nikolski prospekti ilə hərəkət edən avtomobil sahil hasarına çırpılıb və suya düşüb. Maşında iki kişi və bir qadın olub. Onlar özləri maşından çıxa biliblər və yoldan keçənlər, xilasedicilər və yol polisi əməkdaşları tərəfindən sahilə qaytarılıblar. Avtomobilin çaydan çıxarılması üçün hadisə yerinə ixtisaslaşdırılmış yanğınsöndürmə-xilasetmə hissəsinin avtokranı gətirilib.

Hadisə şahidlərinin sözlərinə görə, ad günü məclisindən çıxan sürücü “Range Rover”i yüksək sürətlə idarə edirmiş. Videodakı görüntülərdə qadın yıxılmadan buzun üstü ilə addımlaya bilib, lakin yoldaşlarından biri suya düşüb. Digər kişi qismən su altında qalan avtomobilin üzərinə çıxmağa müvəffəq olub və o biri kişinin suyun üzərində qalmasına kömək edib.

Nəticədə hər üçü sağ-salamat sahilə çıxarılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv