Rusiya ilk uçan avtomobilini nümayiş etdirdi

Rusiya ilk uçan avtomobilini nümayiş etdirdi






presstv

"Presstv"az #Avto - moto, #Rusiya, #Uçan avtomobil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya özünün ilk uçan avtomobilini nümayiş etdirib.

presstvaz-ın məlumatına görə, bu barədə “No Limits” “Telegram” kanalı xəbər verib.

Qeyd edilir ki, Rusiyada ilk uçan avtomobilinin prototipi “İF-9” adı ilə Moskvanın “Filatov” Konstruktor Bürosu tərəfindən təqdim edilib. Model hazırda sınaqlara hazırlanır.

Məlumata görə, təqdim edilən şəkillərdə avtomobilin 1:5 miqyasında maketi göstərilib. Avtomobilin ikiyerli olması nəzərdə tutulur. Qapılar əvəzinə kabinənin şəffaf açılan örtüyü var. Yığılmış vəziyyətdə pərlər mühərriklərlə birlikdə gövdənin yan tərəflərindəki xüsusi bölmələrdə gizlədilir və aviasiya transformasiyası zamanı açılır.

Bundan əlavə, bildirilir ki, havada fövqəladə vəziyyət yarandığı təqdirdə, “İF-9″un kabinəsi pirotexniki patronlar vasitəsilə ayrılaraq, kapsula şəklində yuxarı atılır. Bu vəziyyətdə, sərnişinlər paraşütlə yerə enirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv