BMT Türk Dövlətləri Təşkilatı ilə gömrük sahəsində əməkdaşlığı sürətləndirir

BMT Türk Dövlətləri Təşkilatı ilə gömrük sahəsində əməkdaşlığı sürətləndirir






presstv

"Presstv"az #Avropa, #Birləşmiş Millətlər Təşkilatı (BMT), #Türk Dövlətləri Təşkilatı (TDT)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin yerləşdiyi regionda elektron beynəlxalq yükdaşımalar mexanizminin tətbiqi ilə bağlı fəaliyyətimizin həyata keçirilməsində israrlıyıq və bununla bağlı tədbirlər görürük”.

presstvaz   xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının gömrük xidməti rəhbərlərinin onuncu iclasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Mariyasin deyib.

O söyləyib ki, BMT-nin Avropa İqtisadi Komissiyası TDT-yə üzv ölkələrlə əməkdaşlığa hazırdır:

“Elektron beynəlxalq yükdaşımalar mexanizmi hələ tam şəkildə tətbiq edilmir. Bu istiqamətdə işləri sürətləndirməliyik. Birincisi, gömrük sistemləri BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən idarə edilən elektron mexanizmə inteqrasiya edilməlidir. Daha sonra isə dövlətlər öz gömrük xidmətləri ilə elektronlaşma istiqamətində işlər aparmalıdırlar. Ümid edirəm ki, qarşıdakı aylarda bu regionda ticarətin və tranzitin tam şəkildə elektronlaşdırılmasına nail olacağıq”.

D.Mariyasin deyib ki, indiyədək beynəlxalq yükdaşımalarda müxtəlif istiqamətlər üzrə irəliləyişlər əldə edilib, lakin sərhəddə keçid məntəqələrinin sayı azaldıla bilər.

D.Mariyasin xatırladıb ki, Türk Dövlətləri Təşkilatının 2040-cı ilə qədər dövrü əhatə edən strateji baxışı var və buraya gömrük, nəqliyyat ilə bağlı məsələlər daxildir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv