“Flamenqo” klubunda tibbi müayinədən keçən Olavio Juninyo ilk üç oyunda meydana çıxmayacaq

“Flamenqo” klubunda tibbi müayinədən keçən Olavio Juninyo ilk üç oyunda meydana çıxmayacaq






presstv

"Presstv"az #Azərbaycan, #Braziliya, #Olavio Juninyo, #Qarabağ FK

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qarabağ”dan Braziliya təmsilçisi “Flamenqo”ya transfer olunan Olavio Juninyo tibbi müayinədən keçib və ilk üç rəsmi oyunda iştirak etməyəcək.

presstvaz   “Globo” nəşrinə istinadən xəbər verir ki, nəticələr A Seriyası təmsilçisinin ABŞ-dəki nümayəndə heyətinə göndərilib.

28 yaşlı hücumçu komandanın sözügedən ölkədəki təlim-məşq toplanışına qatılmayacaq.

“Flamenqo” yanvarın 20-də “San-Paulu” ilə yoxlama oyunundan sonra Braziliyaya dönəcək. Juninyo məhz komanda qayıtdıqdan sonra ictimaiyyətə təqdim ediləcək.

Bundan əlavə, forvard “Quanabara Kuboku” turnirində “Madureyra”, “Nova İquacu” və “Banqu” ilə matçlarda iştirak etməyəcək. Onun yanvarın 25-də eyni yarışda “Volta Redonda” ilə görüşdə debütü gözlənilir.

Qeyd edək ki, “Qarabağ” bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən “köhlən atlar”ın formasını geyinib. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv