Gənclər risk zonasında – Süni intellektin GİZLİ TƏHLÜKƏSİ

Gənclər risk zonasında – Süni intellektin GİZLİ TƏHLÜKƏSİ






presstv

"Presstv"az #Araşdırma, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Süni intellektdən artan asılılıq tənqidi təfəkkür qabiliyyətlərinin azalmasına gətirir.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə isveçrəli alimlərinin süni intellekt alətlərinin geniş istifadəsinin nəticələri barədə genişmiqyaslı tədqiqatlarından aydın olub. Araşdırmanın nəticələri “Societies” elmi jurnalında dərc edilib.

Alimlər bu narahatedici hadisənin səbəbini koqnitiv yükün azalması ilə izah edirlər. Belə ki, süni intellektin istifadəsinin cəlbedici aspektlərindən biri neyron şəbəkələrin insanı əqli səylərdən azad etməsidir. Lakin tədqiqat göstərdi ki, bunun mənfi nəticələri ola bilər.

Tədqiqat zamanı mütəxəssislər təxminən 670 nəfəri sorğu edərək onları üç yaş qrupuna bölüblər: 17-25 yaş, 26-45 yaş, 46 yaş və yuxarı. Əldə edilmiş məlumatların statistik təhlili süni intellekt alətlərinin istifadəsi və tənqidi təfəkkür göstəriciləri arasında əhəmiyyətli mənfi korrelyasiya aşkar etdi. Süni intellektin mütəmadi istifadəçiləri məlumatı tənqidi qiymətləndirmək və refleksiv problem həllində iştirak etmək qabiliyyətinin azaldığını nümayiş etdiriblər.

Xüsusilə narahatedici görünən fakt odur ki, gənc iştirakçılar yaşlı yaş qrupları ilə müqayisədə süni intellekt alətlərindən daha yüksək asılılıq və daha aşağı tənqidi təfəkkür balları göstəriblər.

Respondentlərin özləri süni intellekt alətlərinin adi istifadəsi nəticəsində tənqidi təfəkkür bacarıqlarının itirilməsindən narahatlıqlarını ifadə ediblər.

Hesabatın müəlliflərinə görə, onların kəşfi təhsil, elm və aktiv əqli fəaliyyət tələb edən digər sahələrdə süni intellektin istifadəsinə yanaşmaları yenidən nəzərdən keçirmək zərurətini göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv