Türkiyədə qəribə hadisə: Sahibkar öz mağazasını qarət etdi

Türkiyədə qəribə hadisə: Sahibkar öz mağazasını qarət etdi






presstv

"Presstv"az #Araşdırma, #Oğurluq hadisəsi, #Qarət hadisəsi, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Samsun şəhərində qəribə hadisə baş verib.

Bu barədə presstvaz “Sondakika.com”a istinadən xəbər verir.

Məlumata görə, polis idarəsinə ərazidə yerləşən mağazalardan birinin qarət olunduğu ilə bağlı xəbər daxil olub. Marketdən 500 qutu siqaret, 90 min lirə (4 min 400 manat), bir müşahidə kamerası və bir POS cihazının oğurlandığı bildirilib.

Araşdırma zamanı mağaza sahibinin verdiyi ifadə ilə təhlükəsizlik kamerasının qeyd etdiyi görüntülər arasında ziddiyyət olduğu ortaya çıxıb. Marketin arxa divarının dağıdıldığı, polad seyfin qapısının qəsdən açıq qoyulduğu və oğurluq görüntüsü yaratmaq üçün bilərəkdən qarışıqlıq yaradıldığı müəyyən edilib.

Nəticədə məlum olub ki, obyekti qarət edən elə mağaza sahibinin özüdür. Görüntülərdə onun iş yerinin arxa divarından içəri girdiyi, oğurluğu həyata keçirdiyi, daha sonra da ön qapıdan çıxıb maşına mindiyi və qaçdığı əks olunub.

Mağaza sahibi saxlanılıb və o, külli miqdarda borcunun olduğunu, sığorta şirkətindən təzminat almaq üçün hadisəni törətdiyini etiraf edib.

Mağaza sahibinin hətta sığorta şirkətinə saxta ekspertiza rəyi hazırladığı da ortaya çıxıb.

Şübhəli şəxs barəsində “Ağır dərəcədə fırıldaqçılıq” və “Şəxsi sənədləri saxtalaşdırma” maddələri üzrə ittiham irəli sürülüb. İstintaq davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv