Müharibə ən çox qeyri-neft sektoruna təsir edəcək

Müharibə ən çox qeyri-neft sektoruna təsir edəcək






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya-Ukrayna müharibəsi başlayandan, yəni 2022-ci ilin fevralın 24-dən bəri qlobal iqtisadiyyatda və o cümlədən, ölkəmizin kənarla qarşılıqlı ticarət əlaqələrində onsuz da bütün nizam-intizam pozulmuşdu.

Bu, öz təsirini, iqtisadiyyatımızın demək olar bütün sahələrində, ilk növbədə isə daxili bazarımızda göstərirdi.

ABŞ ilə İsrailin İrana qarşı başladıqları əməliyyatlar isə düz qulağımız dibində baş verdiyindən Azərbaycan üçün təkcə iqtisadi deyil, həm siyasi, həm humanitar, həm də təhlükəsizlik baxımından ciddi təhdid və təhlükələr ortaya çıxıb.

Hərbi əməliyyatların başladığı 28 fevral 2026-cı il səhər saatlarından son məlumata görə İrandan ölkəmizə sərhəd vasitəsilə ümumilikdə 1400-dən çox adam təxliyə edilib. Bunlar həm öz, həm də digər 45-dən çox ölkənin – Çin, Rusiya, Pakistan, Tacikistan, Kanada və sair ölkələrin vətəndaşları olublar.

Bundan əlavə, İran tərəfindən Naxçıvana dron hücumu həyata keçirilib. Hələ nələr baş verəcək və baş verə bilər, məlum deyil.

Lakin məsələnin iqtisadi tərəfinə toxunmaq istəyirəm.

İqtisadi təhdidə gəldikdə isə nəzərə almaq vacibdir ki, ölkəmiz qurudan İranla ən uzun sərhədə malikdir. Ancaq bəri başdan qeyd edim ki, bu, iqtisadi baxımdan heç də mənfi təsir yaratmayacaq. Sual olunur, niyə?

Müharibə ən çox qeyri-neft sektoruna təsir edəcək

Ona görə ki, Azərbaycanın xarici ticarət əlaqələrində nə dövriyyə üzrə, nə ixracda, nə də idxalda İran yüksək yer tutmur, hətta birinci və ikinci göstəricilərdə ilk onluqda belə, İranın adına rast gəlinmir.

Yalnız, ölkəmizə ümumi idxalda 4.31% payla dördüncü sırada yer alır.

Ümumiyyətlə, ötən ilin nəticələrinə, 2026-cı ilin fevral ayına olan son məlumata əsasən, İran Azərbaycanın əsas ticarət tərəfdaşları siyahısında 15-ci yerdə qərarlaşıb. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 644 milyon dollar təşkil edib ki, bu da ümumi xarici ticarətimizin 1.3%-nə bərabər olub.

Ticarət əlaqələri əsasən İrandan idxal üzərində qurulub ki, ötənilki 644 milyon dollarlıq ticarət dövriyyəmizin 624 milyonu İrandan idxal edilən və yalnız, 20 milyon dolları Azərbaycandan ixracın payına düşüb.

Adıçəkilən ölkədən ölkəmizə kənd təsərrüfatı, qida məhsulları, yəni xüsusilə tərəvəz və meyvə, tikinti materialları, kimya sənayesi malları və yuyucu vasitələr idxal olunur ki, bunların da daxili bazarımızda öz analoqları ilə müqayisədə rəqabətqabilliyyətliliyi o dərəcədə yüksək deyil.

Sözün qısası, ABŞ ilə İsrailin İrana qarşı başladıqları əməliyyatlar İran ilə qarşılıqlı ticarət əlaqələrimizə lap zərbə də vursa belə, ölkəmiz üçün qorxulu deyil və heç bir ağır nəticələr törətməyəcək.

Əsas təhlükə və təhdid nədir və ya nə ola bilər?

Əsas təhdid, inflyasiyaya təzyiq, tranzit və logistika, habelə investisiya məsələləri baxımından meydana çıxa bilər. Bu da özünü getdikcə daha güclü şəkildə göstərəcək.

Birincisi, İrandan müharibə şəraiti ilə əlaqədar ölkəmizə 624 milyon dollarlıq mal və məhsul idxalının azalacağı, başqa sözlə, məhdudlaşacağı təqdirdə daxili bazarımızda qiymətlər yüksələcək. Yəni, inflyasiya yenə oyanacaq.

Belə ki, ölkəmizdə sözügedən göstərici onsuz da yüksəlməyə meyilli olduğundan İrana qarşı müharibə fonunda həm daxili bazarda bu ölkədən gətirilən məhsulların qıtlaşacağı təqdirdə yaranacaq yer boşluğu amili, həm də kənarda da bahalaşma olacağından bunun idxalı qiymətləri qaldıracaq.

İkincisi, Azərbaycan tranzit ölkədir. Şimal-Cənub nəqliyyat dəhlizi üzrə hərəkətin məhdudlaşması bu sahədə gəlirlərimizə mənfi təsir edir. Məsələn, Naxçıvana birbaşa hava uçuşları dayandırıldığından reyslər Türkiyənin Iğdır hava limanı vasitəsilə təşkil olunur ki, bundan əlavə, daşıma, sığorta xərclərinin artmasını da xüsusi qeyd etmək lazımdır.

Üçüncüsü, regiondakı hərbi toqquşma investorlar üçün çəkindirici faktor olduğu üçün bütün ölkələr bundan zərər çəkəcək. Başqa sözlə, misal üçün Azərbaycanda iş qurmaq istəyən hər hansı bir Avropadan və yaxud Asiyadan olan iş adamı bunu təxirə salacaq.

Çünki heç bir investor qulağının dibində müharibə gedən ölkəyə təşrif buyurmaz və buyurmur da… Bu da hər şeydən öncə, qeyri-neft sektorumuzun inkişafı üçün ləngidici faktorlardan birinə çevriləcək.

Ümumiyyətlə, ABŞ ilə İsrailin regionda apardıqları müharibə ölkə iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına maneələr törədəcək ki, sözügedən müharibə əgər uzun müddət davam edərsə bunun acı nəticələri hələ çox hiss ediləcək.

İrandan təxliyə əməliyyatlarının, habelə baş verə biləcək qaçqın axınının dövlət büdcəmiz üçün yaratdığı, yaradacağı gözlənilməz xərcləri isə hələ qeyd etmirəm.

Bütün bunların müqabilində qlobal neft qiymətlərinin tutaq ki, 9-10%, təbii qaz qiymətlərininsə 50-55% bahalaşmasının Azərbaycan dövlət büdcəsinə gündəlik milyonlarla dollar əlavə gəlir gətirməsi kimi müsbət halların isə əslində, xeyirdən çox bəlkə də zərəri var.

Pərviz Heydərov 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv