İqlim fəalları Londonda Çarlz Darvinin məzarını boyayıblar

İqlim fəalları Londonda Çarlz Darvinin məzarını boyayıblar






presstv

"Presstv"az #London

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İqlim dəyişikliyinə qarşı fəaliyyət göstərən “Just Stop Oil” qrupunun iki üzvü Londondakı Vestminster Abbatlığında məşhur təbiətşünas Çarlz Darvinin məzarını təhrif etdikdən sonra həbs olunublar.

presstvaz  xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Alison Li və Di Blay adlı iki qadın fəal Darvinin ağ mərmərdən olan məzar daşının üzərinə narıncı rəngli boya ilə “1,5 is dead!” (“1,5 ölüb!”) sözlərini yazıblar. Bu ifadə, 2024-cü ildə qlobal temperaturun sənaye öncəsi dövrlə müqayisədə ilk dəfə olaraq 1,5°C həddini keçməsinə işarə edir.

Fəallar bu hərəkətləri ilə iqlim dəyişikliyinə diqqət çəkib və hökuməti təcili tədbirlər görməyə çağırıblar. Vestminster Abbatlığının nümayəndəsi məzar daşının təmizlənməsi üçün dərhal tədbir görüldüyünü və narıncı təbaşirin zərər verməyəcəyini bildirib. Abbatlıq ziyarətçilər və ibadət üçün açıq qalır. Polis hadisə ilə əlaqədar iki qadının həbs olunduğunu və onların hazırda Londonda bir polis bölməsində saxlanıldığını təsdiqləyib.

“Just Stop Oil” qrupu, son illərdə müxtəlif yüksək profilli etiraz aksiyaları ilə tanınır. Onlar idman və teatr tədbirlərini pozmaq, ABŞ səfirliyinin binasını boyamaq və Van Qoqun rəsmlərinə şorba atmaq kimi aksiyalar keçiriblər.\azərtac/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv