Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub






presstv

"Presstv"az #Almaniya, #Azərbaycan, #Böyük Britaniy, #Çin, #Çin Xalq Respublikası, #Fransa, #Fuad Nağıyev, #İran, #İspaniya, #Kanada, #Qazaxıstan, #Qətər, #Şahdağ Turizm Mərkəzi, #Slovakiya, #Türkiyə, #Xizək Alpinizmi üzrə Dünya Kuboku

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın 13-də “Şahdağ” Turizm Mərkəzində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub.

presstvaz   xəbər verir ki, idmançılar yarışın son günündə fərdi növ üzrə mübarizə aparıblar.

Fərdi növ üzrə nəticələr:

Qadınlar arasında

I yer – Gachet Mollaret Axelle (Fransa);

II yer – Harrop Emily (Fransa);

III yer – Hiemer Johanna (Avstriya).

Kişilər arasında

I yer – Bonnet Remi (İsveçrə);

II yer – Equy Samuel (Fransa);

III yer – Anselmet Thibault (Fransa).

Mükafatlandırma mərasimində Beynəlxalq Xizək Alpinizm Federasiyasının baş katibi Jordi Kanals Xizək Alpinizmi üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyevə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Yarışda 26 ölkədən: Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çexiya, Fransa, Almaniya, İran, Qazaxıstan, Niderland, Norveç, Polşa, Qətər, Slovakiya, ABŞ, Böyük Britaniya, Yunanıstan, Sloveniya və fərdi neytral idmançılar (AIN) olmaqla 130-a yaxın idmançı iştirak edib.

Xizək Alpinizmi üzrə Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv