COVID-19, yoxsa liposaksiya? – Əməliyyatdan sonra ölən qadınla bağlı MÜƏMMA

COVID-19, yoxsa liposaksiya? – Əməliyyatdan sonra ölən qadınla bağlı MÜƏMMA






presstv

"Presstv"az #Azərbaycan, #COVID-19, #Liposaksiya əməliyyatı, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2024-cü il sentyabrın 21-də Gülbəniz Bayramovanın liposaksiya əməliyyatı etdirdikdən sonra ölməsinin bəzi detalları üzə çıxıb.

presstvaz   APA TV-yə istinadla xəbər verir ki, əməliyyat “VMR Medical Center” MMC-nin Gəncə filialında həyata keçirilib.

Əməliyyatı klinikanın Gəncə filialında fəaliyyət göstərən Gülsüm Əliyeva adlı qadının etməsi barədə məlumatlar yayılıb.

Klinika rəhbərliyi açıqlama verərək G.Bayramovaya klinikada gözəllik proseduru icra olunduğunu təsdiqləyib, lakin liposaksiya və ölüm faktını inkar edib.

G.Əliyevanın isə tibb təhsili olmadan müxtəlif kosmetoloji prosedurlar həyata keçirdiyi bildirilir. Bu deyilənləri sübut edəcək görüntülər də var.

Xəstənin yaxınları isə onun COVID-19-dan öldüyünü iddia edirlər.

Məsələ ilə bağlı Türkiyədə fəaliyyət göstərən Azərbaycan həkimləri onun təhsil aldığı iddia edilən universitetə sorğu göndərib.

Universitetin cavabında bildirilib ki, bu adda məzun yoxdur. Azərbaycanda aparılan yoxlamalarda onun adı tibbi işçilərin rəsmi reyestrində tapılmayıb.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv