Gəncə Dövlət Filarmoniyasının binası çökür – Təhlükə ilə bağlı xəbərdarlıq edildi

Gəncə Dövlət Filarmoniyasının binası çökür – Təhlükə ilə bağlı xəbərdarlıq edildi






presstv

"Presstv"az #Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, #Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, #Gəncə şəhəri, #Kitab

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mədəniyyət Nazirliyinin Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının binasında çatlar əmələ gəlib.

presstvaz   Teleqraf.com-a istinadən xəbər verir ki, mədəniyyət ocağının bünövrəsində çökmə müşahidə olunur.

Çatlar daha çox binanın arxa hissəsində yaranıb.

Təhlükəli vəziyyətlə əlaqədar filarmoniya yaxınlığında avtomobillərin saxlanılması qadağan edilib.

Eyni zamanda, Gəncə Dövlət Filarmoniyasının sərgilər təşkil olunan “Urban” Mərkəzinin binasının içərisində və çölündə də dərin çatlar əmələ gəlib. Bu bina filarmoniyaya bitişikdir.

Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının təməli 2012-ci ildə qoyulub. İnşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb və bina istifadəyə verilib.

Altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet var. Burada 1 200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və bir VIP loja yerləşir. Filarmoniyada kitab satışı da həyata keçirilir. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub.

Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi iki min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv