Baş Prokurorluqda yüksək vəzifəyə TƏYİNATLAR

Baş Prokurorluqda yüksək vəzifəyə TƏYİNATLAR






presstv

"Presstv"az #Bakı, #Baş Prokurorluq, #Kamran Əliyev, #Təhsil, #Yeni təyinat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baş Prokurorluqda təyinatlar olub.

presstvaz   xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat yayıb.

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Teymur Qarayev baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin edilib.

2013-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Teymur Qarayev əvvəllər Xətai Rayon Prokurorluğunun müstəntiqi, Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifələrində işləyib.

Həmçinin Teymur Qarayev digər bir sıra ictimai rezonans doğuran və ağır cinayət hadisələrinin ibtidai istintaqını aparıb.

Digər müvafiq əmrlə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Tuqay Rəhimli baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib.

2019-cu ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Tuqay Rəhimli əvvəllər Gəncə Şəhər və Binəqədi Rayon prokurorluqlarında müstəntiq vəzifələrində işləyib. London Universitet Kollecində (UCL) magistr təhsili almış Tuqay Rəhimli 2 ildən artıq müddətdə Avropa İnsan Hüquqları Məhkəməsində çalışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv