AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların son vəziyyəti AÇIQLANDI

AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların son vəziyyəti AÇIQLANDI






presstv

"Presstv"az #Aktau şəhəri, #Azərbaycan, #Bakı, #Hava Yolları, #Qazaxıstan, #Qroznı, #Təyyarə qəzası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 6 nəfərin (2 kişi, 4 qadın cinsli) müalicəsi “Yeni Klinika”da davam etdirilir”.

presstvaz bildirir ki, bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, 2024-cü il dekabrın 30-da stabil ağır vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə daxil olan şəxs kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar şöbəyə köçürülüb:

“Sol baldırın, sağ körpücük sümüklərinin, sağ əlin 2 daraq sümüklərinin sınıqları diaqnozu ilə həkim-travmatoloq Elşən Nəcəfov tərəfindən üzərində baldır sümüklərinin osteosintez (sınıqlar zamanı sümüklərin anatomik quruluşunun bərpası) əməliyyatı icra olunan xəstənin hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir”.

“Travmatik koma vəziyyətində daxil olan xəstələrin (2 nəfər) kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmohemotoraks diaqnozları ilə protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Vəziyyətləri isə stabil kritik ağır olaraq qiymətləndirilir.

Tibb müəssisəsində qalan digər 3 nəfərin stasionar müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv