Özbəkistan millisinin futbolçusu “Real Madrid”ə keçə bilər

Özbəkistan millisinin futbolçusu “Real Madrid”ə keçə bilər






presstv

"Presstv"az #Almaniya, #Fransa, #Futbol, #İngiltərə, #İspaniya, #İspaniyanın, #Mançester Siti, #Özbəkistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyanın “Real” futbol klubu Fransanın “Lans” klubunun və Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanovu transfer etmək imkanını nəzərdən keçirir.

presstvaz xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

Məlumata görə, hazırda futbolçunun transferi ilə bağlı danışıqları İngiltərənin “Mançester Siti” klubu aparır. Ötən həftə “Mançester Siti” və “Lans” nümayəndələrinin iştirakı ilə futbolçunun atası və agenti Xorxe Mendeşin də iştirak etdiyi görüş keçirilib.

Almaniyanın “Bayer Leverkuzen” və “Borussiya Dortmund”, İngiltərənin “Nyukasl”, İtaliyanın “Napoli” və “Yuventus” klubları da futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.

Qeyd edək ki, Xusanovun 20 yaşı var, o, 2023-cü ilin iyulunda Belarusun “Energetik-BGU” klubundan “Lans”a keçib. Ümumilikdə müdafiəçi Fransa klubunda 31 oyun keçirib, 1 məhsuldar ötürmə edib. O, Özbəkistan millisinin heyətində 18 oyun keçirib, heç bir qol vurmayıb. Xusanov Özbəkistanın 20 yaşadək futbolçulardan ibarət gənclər komandası ilə birlikdə 2023-cü ildə Asiya Kubokunun qalibi olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv