Tibb dünyasında İNQİLAB: Qırıq sümükləri birləşdirən gel hazırlandı

Tibb dünyasında İNQİLAB: Qırıq sümükləri birləşdirən gel hazırlandı






presstv

"Presstv"az #Araşdırma, #Cənubi Koreya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreyalı alimlər qırıq sümüklərin müalicəsində inqilabi hidrogel hazırlayıblar.

presstvaz e-saglam.az-a istinadən xəbər verir ki, bu gel, sınıq sümüyə tətbiq edildikdən sonra işıq mənbəyinə məruz qaldıqda dərhal sərtləşir və sümüyü birləşdirir. Eyni zamanda bədənin təbii bərpa prosesini dəstəkləyərək sümük toxumasını yenidən formalaşdırır və zamanla tamamilə əriyir.

Siçanlar üzərində aparılan təcrübələrdə gelin qırıq sümüklərin sürətli sağalmasına kömək etdiyi sübut olunub. İnsan üzərində sınaqların başlaması gözlənilsə də, bu texnologiyanın sümük xəstəliklərinin müalicəsində inqilab yaradacağı və ənənəvi üsullara alternativ olacağı bildirilir.

Araşdırmaya rəhbərlik edən Prof. Hyung Joon Cha, bu gelin sümük toxumasının bərpasında mühüm rol oynayacağını vurğulayıb. Texnologiya, qısa sağalma müddəti və az ağrılı müalicə ilə yeni imkanlar təqdim edir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv