ABŞ-də hücumların arxasında Trampa qarşı əməliyyat var? – YENİ DETALLAR

ABŞ-də hücumların arxasında Trampa qarşı əməliyyat var? – YENİ DETALLAR






presstv

"Presstv"az #Almaniya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ yeni ilə hücum aktları ilə daxil olub. Belə ki, keçmiş hərbçi Şəmsuddin Cabbar Nyu-Orleanda avtomobilini insanların üzərinə sürüb, Metyu Livelsberger adlı hərbçi isə Las-Veqasda Trampın hotelinin yaxınlığında “Tesla Cybertruck”ı partladıb. Hər iki hadisə ilə bağlı yeni detallar bəlli olub.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Haber Global”ın süjetində bildirilir.

Qeyd edilir ki, Federal Təhqiqat Bürosu Nyu-Orleanda 14 nəfərin ölümü ilə nəticələnən hücumu həyata keçirən Şəmsuddin Cabbarın İŞİD-dən ilham aldığını hesab edir.

“Amma o, hücumu tək həyata keçirib. Bundan başqa, “Tesla Cybertruck”ın partlamasının səbəbi də hələ bəlli deyil. Şəmsuddin Cabbarın ABŞ vətəndaşlığına sahib olmasına və Livelsbergerlə eyni yerdə xidmət etməsinə baxmayaraq, FTB hələlik bunlar arasında bir əlaqə qurmur. Ancaq partlayışı həyata keçirən Livelsberger barədə maraqlı detal ortaya çıxıb. Belə ki, Almaniyada hərbi xidmətdə olarkən rəsmi icazə ilə Koloradaya gedən bu şəxs, əslində, Ukraynanı dəstəkləyib, orada xidmət edib və sosial mediada bununla bağlı çağırışlar edib. Yəni Donald Tramp (ABŞ-nin seçilmiş prezidenti) Ukrayna mövzusunda nə qədər “Volodimir Zelenskiyə qarşı” mövqedədirsə, hücumu həyata keçirən və ölən şəxs də o qədər qatı Ukrayna dəstəkçisi olub. Bu ağıllarda belə bir sual yaradır: Bəlkə, Livelsberger Ukrayna məsələsində mesaj vermək istəyib? Xatırladaq ki, İlon Mask da Trampla eyni mövqedədir”, – deyə süjetdə bildirilir.

Şəmsuddin Cabbara gəlincə, onun Trampın yaxınlaşan prezidentliyi ilə əlaqədar “başının üzərində dolanan İŞİD kölgəsi” olduğu vurğulanıb.

“Çünki bu, ABŞ-də illər sonra İŞİD tərəfindən həyata keçirilən ən təhlükəli hücumdur”, – deyə müzakirələrdə əlavə edilib.

Ətraflı videoda:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv