Bayden ABŞ-dəki terror hücumları mövzusunda çıxışına zarafatla başladı

Bayden ABŞ-dəki terror hücumları mövzusunda çıxışına zarafatla başladı






presstv

"Presstv"az #Ağ Ev, #Co Bayden

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin hazırkı Prezidenti Co Bayden Nyu-Orlean və Las-Veqasdakı terror aktlarından sonra ilk dəfə ictimai bəyanatla çıxış edib, lakin nitqindən əvvəlki hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

presstvaz-ın verdiyi məlumata görə, onun çıxışını yanvarın 3-də Ağ Ev yayımlayıb.

Kadrlardan görünür ki, Bayden xalqına Yeni ilin ilk günlərində ölkəni sarsıdan hadisə ilə bağlı müraciətinə başlayarkən gözlənilmədən zarafat edib.

“Əminəm ki, siz mənim nəhayət gəldiyimə görə əl çalırsınız”, – deyə o bildirib.

Bu sözlər zalda gülüşə səbəb olub.

Bundan sonra Bayden ciddi məsələlərə keçib və Ağ Evin Situasiya otağında Müdafiə Nazirliyi, həmçinin kəşfiyyat xidməti ilə faciəli hadisələrin müzakirə edildiyini bildirib.

Kadrlar sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olub. Bəzilər onun bu zarafatını yersiz adlandırıb, digərləri isə Baydenin belə hərəkətlərinin gözlənilən olduğunu bildiriblər.

Xatırladaq ki, Yeni il gecəsi Nyu-Orleanda, Burbon küçəsində yük maşınını izdihamın üzərinə sürən şəxs sonra avtomobildən düşərək atəş açmağa başlayıb. Hüquq-mühafizə orqanları cavab atəşi ilə onu məhv ediblər. Son məlumatlara görə, 10-dan çox insan həlak olub, 35 nəfər xəsarət alıb. Hadisə yerində partlayıcı qurğular aşkar edilib.

Yanvarın 1-də Las-Veqasda ABŞ-nin seçilmiş prezidenti Donald Trampın hotelinin yanında “Tesla Cybertruck” elektromobili yanıb, daha sonra partlayıb. Hadisə nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv