“Apple” öz elektromobil layihəsini ləğv etdi

“Apple” öz elektromobil layihəsini ləğv etdi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Uzun illər ərzində Apple şirkətinin öz elektromobili üzərində çalışdığı barəsində məlumatlar ortaya çıxırdı.

Güman etmək olar ki, bütün bu illər ərzində şirkət sözügedən layihəsinə milyardlarla dollar vəsait sərf edib.

Lakin görünür, bütün bunlar əbəs yerə imiş. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple öz elektromobilini 2028-ci ildə təqdim edə bilər. Lakin Bloomberg saytının vermiş olduğu məlumata əsasən şirkət nəticə etibarilə elektromobil layihəsindən imtina edib və müvafiq olaraq bu layihəni bağlayıb.

Məlumata əsasən şirkət öz elektromobil layihəsinin ləğv edildiyi barəsində məlumatı bu həftənin əvvəlində layihə üzərində çalışmış 2000 nəfər əməkdaşa bildirib. Bloomberg qeyd edib ki, elektromobil layihəsinin ləğv olunması qərarı icraçı direktor Jeff Williams və vitse-prezident Kevin Lynch tərəfindən qəbul edilib. Məlumata əsasən elektromobil layihəsi üzərində çalışmış şirkət əməkdaşlarının çox hissəsi şirkətin süni zəka şöbəsinə yönləndiriləcək. Həmin şöbədə onlar generativ süni zəka layihələri ilə məşğul olacaqlar. Elektromobil layihəsi komandasına daxil olmuş yüzlərlə mühəndis və dizayner şirkətin digər istiqamətləri üzrə olan şöbələrində çalışa bilərlər. Digərləri isə böyük ehtimal ilə işdən azad ediləcəklər.(technote)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv