“Yar gəldi yar” mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı

“Yar gəldi yar” mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısının “YouTube” səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsinin qarşısı alınıb.

presstvaz   xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Məlumatda deyilir:

“Bildiririk ki, Ş.Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısı “Armenian Music, (Torkish languge) Music 15. (rare) Music 17. Şövkət Ələkbərova (rare)” “rekviziti” altında 2016-cı il sentyabrın 4-də “YouTube”un “BehrooZ Abshar” adlandırılan səhifəsində yerləşdirilib.

“Yar gəldi yar” mahnısı 1957-ci il 16 aprel tarixində Azərbaycanın Xalq artisti Səid Rüstəmovun dirijorluğu və Xalq çalğı ansamblı orkestrinin müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınıb. Səslənmə müddəti (xronometraj) 4.33 saniyədir. 13313 kod nömrəsi ilə “AzTV-nin “Qızıl Fondu”nda saxlanılır.

Məlumat üçün bildiririk ki, Ş.Ələkbərovanın “YouTube”da əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir.

Buna görə də, “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan qeyd edilən video “YouTube”dan “BehrooZ Abshar” səhifəsindən silinib.

Bununla da, Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması “YouTube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv