Rusiya XİN: “COP29-da Qərb ölkələri məsuliyyətdən yayınmağa çalışırdılar”

Rusiya XİN: “COP29-da Qərb ölkələri məsuliyyətdən yayınmağa çalışırdılar”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bakıda keçirilən COP29-da inkişaf etmiş ölkələr iqlim məqsədlərini maliyyələşdirmək üçün inkişaf etməkdə olan ölkələr qarşısında hər hansı bir məsuliyyətin təsdiq edilməməsi üçün çalışırdılar”.

presstvaz   xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə BAKU TV-nin müvafiq sualını cavablandırarkən deyib.

“Qərbin üsullarından biri də Qlobal Cənubun böyük ölkələri, keçmişdə özləri müstəmləkəçilikdən əziyyət çəkmiş ölkələrin hesabına donorlar dairəsini genişləndirmək cəhdi olub. Burada söhbət neokolonializmdən gedir, onunla razılaşmırıq və mübarizə aparacağıq”, – Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.

Qeyd edək ki, daha əvvəl COP29 çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok bir sıra təxribat xarakterli bəyanatlar vermiş, o cümlədən Aİ-nin iqlim maliyyələşdirməsi üçün maliyyə məsuliyyətini danışıqların digər iştirakçılarına ötürməyi təklif etmişdi.

“Hesab edirəm ki, bu məsələdə 360 dərəcə dönüşün lazım olduğu barədə açıqlama verilməməsi ilə azərbaycanlı həmkarlarımızın bəxti gətirib. Yaxşı ki o, özünü başqa bir axmaq açıqlamadan saxlaya bilib”, – Zaxarova Berbokun dediklərini şərh edib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv