Xocalı soyqırımı ilə bağlı paylaşımlar sosial medianın trendində – FOTO

Xocalı soyqırımı ilə bağlı paylaşımlar sosial medianın trendində – FOTO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycanda sosial media istifadəçilərinin etdiyi paylaşımlar həm ölkə daxilində, həm də xaricdə geniş yayılaraq trendə düşüb.

presstvaz    report-a istinadən xəbər verir ki, fevralın 25-i Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial media hesablarından etdikləri paylaşımların ardınca sosial media istifadəçiləri soyqırıma dair çoxsaylı fotoşəkil, video-görüntü və məlumatlar, həm Xocalı faciəsini ilə bağlı 32 il əvvəl çəkilmiş, həm də Xocalının azad olunmasından sonra çəkilmiş görüntülər paylaşıblar. Xocalı sakinlərinin 32 ildən sonra öz doğma torpaqlarına qayıdışına həsr olunmuş hekayələr əsasında çəkilmiş reportajlar daha böyük maraqla qarşılanıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalı soyqırımıı ilə bağlı paylaşımda #XocalıyaƏdalət həştəqindən istifadə edib.

Həmçinin ölkə başçısının Xocalıda soyqırımı memorialının təməlini qoyması və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü də sosial mediada böyük maraq doğurub. Ümumilikdə, bu mövzuda paylaşımlar Amerika Birləşmiş Ştatları, Türkiyə, Ermənistan, Rusiya, İran, Hollandiya, Almaniya, Fransa, Kanada və dogər ölkələrdə sosial media trendinə düşüb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv