Aktotı Raimkulova Qazaxıstanın mədəniyyət və informasiya naziri ilə görüşüb – FOTO

Aktotı Raimkulova Qazaxıstanın mədəniyyət və informasiya naziri ilə görüşüb – FOTO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb.

presstvaz-ın TurkicWorld-a istinadən məlumatına görə,  Görüşdə Fond ilə təşkilatın qurucu üzv ölkəsi Qazaxıstan Respublikası arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən söz açılıb. Tərəflər Fondun Qazaxıstanın zəngin mədəni irsinin qorunması, tanıdılması yönündə cari və növbəti il üzrə fəaliyyətinin istiqamətlərinə dair müzakirələr ediblər.

Eyni zamanda görüşdə “Türk Vizyonu 2040” strateji programı çərçivəsində Fondun üzərinə qoyulan “Türk Dünyasının mədəni irsinin qorunması haqqında” Konvensiyanın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fondun Şurasının yaradılmasından, eləcə də təşkilata üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakları ilə keçiriləcək Şura iclası üçün görülən hazırlıq işlərindən bəhs olunub.

Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva Fond tərəfindən hazırlanan Konvensiyanın Türk Dünyası üçün əhəmiyyətini qeyd edərək, bu sahədə tərəfdaşlığa tam dəstək ifadə edib. O, həmçinin Fondun Şurasının yaradılması istiqamətində təşkilatın səylərini yüksək qiymətləndirərək, Şuranın mart ayında keçiriləcək iclasında iştirakını təsdiqləyib.

Görüş Fond ilə Qazaxıstan arasında iş birliyi əlaqələrinin gələcək perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələrlə davam edib

Məqaləyə dair fotomateriallar:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv