“Qalib ölkənin, Qalib Liderinə səs verəcəm” – Polad Həşimovun anası

“Qalib ölkənin, Qalib Liderinə səs verəcəm” – Polad Həşimovun anası






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevi dəstəklədiyini açıqlayıb.

presstvaz   xəbər verir ki, Səmayə Həşimova manset.az-a açıqlamasında bildirib ki, qalib ölkənin vətəndaşları olaraq seçkilərdə fəal iştirak etməliyik:

“Biz 44 günlük Vətən müharibəsində elə-belə qalib ölkə olmamışıq. Şəhidlər verdik, torpaqlarımızı azad etdik. Biz qalib ölkə, qalib xalq olduq. Müzəffər Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 30 ildən sonra torpaqlarımızı işğaldan azad edib, suverliyimizi tam bərpa etdik. Tariximizdə ilk dəfə bütün ölkə ərazisində Prezident seçkiləri keçiriləcək. Mən hər kəsi seçkilərdə fəal iştirak etməyə səsləyirəm. Mən Polad Həşimovun anası kimi  44 günlük Vətən müharibəsində bütün televiziyalarda çıxış edərək xalqımıza, bütün analara müraciət edərək  Prezidentimizi dəstəkləməyə çağırmışam. Bu gün də Polad Həşimovun anası kimi  çiyinlərimdə böyük məsuliyyət hiss edirəm. Mən Qalib ölkənin, Qalib Prezidentinə səs verəcəm. İnanıram ki, ölkəmizin gələcəyi daha da yaxşı olacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv