ADY sədri daha bir departament müdirini işdən çıxardı – YENİ TƏYİNAT

ADY sədri daha bir departament müdirini işdən çıxardı – YENİ TƏYİNAT






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Marketinq və tarif siyasəti departamentinin müdiri dəyişib.

presstvaz İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Heydər Cəfərli Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsindən azad olunub. O, ADY-nin törəmə müəssisəsi olan “ADY Express” MMC-nin direktor müavini vəzifəsinə təyin edilib.

Digər əmrlə isə Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Məmməd Həmidov təyin edilib.

M.Həmidov 2023-2024-cü illərdə ADY-nin Kommersiya departamentinin müdiri vəzifəsində çalışıb. Son təyinata qədər ADY-nin Bakı Beynəlxalq Dəniz Limanının Kommersiya departamentinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, 2018-ci ildən ADY-də çalışan H.Cəfərli ötən ilin əvvəlindən Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsini tuturdu.

ADY sədri daha bir departament müdirini işdən çıxardı - YENİ TƏYİNAT

Xatırladaq ki, martın 4-də QSC-nin Strategiya departamentinin müdiri Anar Qasımov da vəzifəsindən azad olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv