Çin və Şimali Koreya arasında altı illik fasilədən sonra müsbət qərar

Çin və Şimali Koreya arasında altı illik fasilədən sonra müsbət qərar






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

COVID-19 pandemiya dövrü ilə əlaqədar yaranmış altı illik fasilədən sonra Çin və Şimali Koreya paytaxtlarını birləşdirən qatar reysləri bu həftə yenidən fəaliyyətə başlayır.

presstvaz xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata əsasən, Pekinlə Pxenyan arasında dəmiryol xidməti cümə axşamından etibarən həyata keçiriləcək, qatar yerli vaxtla 17:26-da (Bakı vaxtı ilə 13:26 – red.) Çin paytaxtından hərəkətə başlayacaq və növbəti gün saat 18 radələrində mənzilbaşına yetişəcək. Marşrut üzrə sərhədə yaxın Çin şəhərlərindən birində dayanacaq nəzərdə tutulur. Çinin Dövlət Dəmir Yolu Korporasiyasının sözçüsü agentliklə söhbətində qatarların həftə ərzində dörd dəfə fəaliyyət göstərəcəyini qeyd edib.

Qatarın axırıncı iki vaqonu sərnişinlərin daşınması üçün nəzərdə tutulacaq. Bu xətdən daha çox, qonşu dövlətə xidməti işləri ilə əlaqədar gedən diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslərin istifadə edəcəyi proqnozlaşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv