“Qarabağ”ın yeni transfer hədəfi bəlli oldu

“Qarabağ”ın yeni transfer hədəfi bəlli oldu






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qarabağ”ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

presstvaz Sport24.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstanın “Levski” klubunda çıxış edən Mustafa Sanqare ilə maraqlanır.

“Köhlən atlar” 27 yaşlı hücumçunu ilk növbədə yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Lakin Malidən olan forvardın Sofiya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Bu səbəbdən də Ağdam klubu futbolçunun transferi üçün qarşı tərəfə müəyyən məbləğ ödəməli olacaq. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Sanqare cari mövsüm Bolqarıstan çempionatında 20 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mali millisinin üzvü Azərbaycan azarkeşlərinə də müəyyən qədər tanışdır. O, ötən ilin avqustunda UEFA Konfrans Liqasında “Sabah”a qarşı keçirilən oyunda meydanda olub.

Qeyd edək ki, Mustafa Sanqarenin ötən ilin sonunda yenilənən bazar dəyəri 1.5 milyon avro təşkil edir.

Qarabağın yeni transfer hədəfi bəlli oldu


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv