İrandan Azərbaycana 2000-dən çox şəxs təxliyə olunub

İrandan Azərbaycana 2000-dən çox şəxs təxliyə olunub






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 28-i saat 8:00-dan martın 9-u saat 18:00-dək İrandan Azərbaycana ümumilikdə 2 057 nəfər təxliyə olunub.

presstvaz “Report”a istinadən xəbər verir ki, təxliyə olunanların 362 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda 594 Çin, 291 Rusiya, 174 Tacikistan, 137 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 29 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 15 Almaniya, 13 Gürcüstan, 12 Macarıstan, 12 Özbəkistan, 12 Polşa, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 10 Nigeriya, 8 Braziliya, 9 Böyük Britaniya, 8 Qazaxıstan, 10 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 8 Kanada, 6 Belçika, 5 Serbiya, 5 Əfqanıstan, 5 Çexiya, 5 İsveçrə, 5 Avstriya, 6 Rumıniya, 4 Bəhreyn, 4 İordaniya, 4 Şri-Lanka, 4 Ukrayna, 4 Türkiyə, 4 Küveyt, 4 Banqladeş, 3 Filippin, 3 Qətər, 3 Meksika, 3 Finlandiya, 3 Xorvatiya, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Qırğızıstan, 2 Sudan, 2 Hindistan, 2 Kipr vətəndaşı, 2 Sloveniya, 2 İsveç, 2 ABŞ, həmçinin hər birinin bir vətəndaşı olmaqla Avstraliya, Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya və Misir vətəndaşları Azərbaycana təxliyə olunublar.

Onlar bütün zəruri prosedurlardan keçdikdən sonra sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar.

Qeyd edək ki, təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.

İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub.

presstvaz “Report”a istinadən xəbər verir ki, saat 16:00-18:00 aralığında təxliyə olunanların üçü Azəraycan vətəndaşıdır.

İki saat ərzində Çinin 65, Belarusun üç, Pakistanın üç, Rusiyanın iki, Almaniyanın isə bir vətəndaşı təxliyə edilib.

Saat 16:00-18:00 aralığında təxliyə olunanlardan yeddisi Meksikanın diplomatları olub.

Onların təxliyəsi Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

İrandan Azərbaycana daha 40 nəfərin təxliyəsi baş tutub.

presstvaz “Report”a istinadən xəbər verir ki, saat 14:00-15:00 aralığında təxliyə olunanların 14-ü Azərbaycan, doqquzu Polşa, altısı Pakistan, dördü Çin, dördü İran, ikisi Kanada, biri Tacikistan vətəndaşıdır.

Onların təxliyəsi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Bu gün saat 12:00-14:00 aralığında dördü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı, həmçinin beş Pakistan və dörd Çin vətəndaşı İrandan təxliyə olunub.

presstvaz “Report”a istinadən xəbər verir ki, onların təxliyəsi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Böyük Britaniya və Almaniyanın hər birindən bir vətəndaşın İrandan Azərbaycana təxliyəsi baş tutub.

presstvaz “Report”a istinadən xəbər verir ki, onların təxliyəsi martın 9-da saat 10:00-12:00 aralığında “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Bundan başqa, İranın altı vətəndaşının əks istiqamətə keçidi təmin edilib.

Fevralın 28-də saat 8:00-dan martın 9-da saat 07:00-dək İrandan Azərbaycana ümumilikdə 1 918 nəfər təxliyə olunub.

presstvaz “Report”a istinadən xəbər verir ki, təxliyə olunanların 314 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda, 541 Çin, 290 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya və 26 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 14 Almaniya, 13 Gürcüstan və Macarıstan, 12 Özbəkistan, 10 Bolqarıstan, Konqo Demokratik Respublikası və Nigeriya, 8 Braziliya, Böyük Britaniya və Qazaxıstan, 7 Belarus, 6 BƏƏ, Slovakiya, Kanada və Belçika, 5 Serbiya, Əfqanıstan, Çexiya, İsveçrə, Avstriya və Rumıniya, 4 Bəhreyn, İordaniya, Şri-Lanka, Ukrayna, Türkiyə, Küveyt və Banqladeş, 3 Filippin, Qətər, Meksika, Finlandiya və Xorvatiya, 2 Nepal, Livan, Yəmən, Qırğızıstan, Sudan, Hindistan, Kipr, Sloveniya və İsveç vətəndaşı, həmçinin Polşa, Avstraliya, Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir və ABŞ-nin hər birinin bir vətəndaşı Azərbaycana təxliyə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv