2030-cu ildə Ramazanda 36 gün oruc tutulacaq

2030-cu ildə Ramazanda 36 gün oruc tutulacaq






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2030-cu il dini təqvimdə nadir bir hadisəyə şahid olacaq.

presstvaz xəbər verir ki, Hicri və Qriqorian təqvimləri arasındakı fərq səbəbindən Ramazan ayı eyni ildə iki dəfə başlayacaq.

Beləliklə, müsəlmanlar 2030-cu ildə 36 gün oruc tutacaqlar – ilin əvvəlində 30 gün, ilin sonunda isə 6 gün.

Türkiyə Dəyanət İşləri İdarəsinin Dini İşlər üzrə Ali Şurasının hesablamalarına görə, Ramazan ilk dəfə 5 yanvarda başlayacaq və 30 gün davam edəcək. İlin sonunda isə Ramazan 26 dekabrda yenidən başlayacaq və ilk 6 gün 2030-cu ildə tutulacaq, qalan günlər isə 2031-ci ildə tamamlanacaq.

Bildirilib ki, Hicri təqvim Qriqorian təqvimə nisbətən hər il təxminən 10-11 gün tez gəlir və buna görə də Ramazan ayı zamanla ilin müxtəlif dövrlərinə keçə bilir.

Qeyd olunub ki, eyni Qriqorian ilində Ramazanın iki dəfə başlaması nadir olsa da, məlum bir hadisədir və təxminən hər 32-33 ildən bir baş verir. Keçmişdə bu vəziyyət 1900, 1932, 1964 və 1997-ci illərdə də müşahidə olunub. Hesablamalara görə, oxşar bir dövr 2062-2063-cü illərdə yenidən baş verə bilər. /Demokrat.az 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv