Nüvə müharibəsi olarsa, yalnız 2 ölkə SAĞ ÇIXACAQ

Nüvə müharibəsi olarsa, yalnız 2 ölkə SAĞ ÇIXACAQ






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tədqiqatçıların qiymətləndirməsinə görə, nüvə münaqişəsi baş verərsə, yalnız Avstraliya və Yeni Zelandiya sağ qala biləcək.

presstvaz xəbər verir ki, bu barədə xarici jurnalistlər nüvə apokalipsisi ssenariləri üzrə ekspert Enni Ceykobsona istinad edərək məlumat veriblər.

"The Daily Mirror" qəzetinin Ceykobsona istinadən yazdığına görə, baş verəcək "nüvə müharibəsi" şəraitində kənd təsərrüfatı istehsalını müəyyən dərəcədə qoruyub saxlaya biləcək yeganə ölkələr Avstraliya və Yeni Zelandiyadır. 

Ekspert bildirib ki, sağ qalan əhali ərzaq uğrunda mübarizə aparmalı və yeraltı həyat tərzi sürməli olacaq.

O qeyd edib ki, Ayova kimi regionlarda (ABŞ-da yerləşən ştat) və Ukraynada yaxın on il ərzində uzunmüddətli qar örtüyü qalacaq və bu da kənd təsərrüfatının tənəzzülünə səbəb olacaq. Onun ehtimalına görə, aqrar sektorun geriləməsi isə öz növbəsində qaçılmaz olaraq insanların kütləvi şəkildə həlak olması ilə nəticələnə bilər.

Mütəxəssis məlumatların təhlili zamanı elmi nəşrlərə və hərbi analitiklərin qiymətləndirmələrinə əsaslanıb. O, 12 min nüvə başlığının kütləvi şəkildə buraxılması ssenarisini modelləşdirib və hesablamalara görə bunun qlobal miqyaslı planetar fəlakətlə nəticələnəcəyi qənaətinə gəlib.

Onun qiymətləndirməsinə görə, belə bir zərbədən təxminən 3 milyard insan sağ qala bilər, lakin onların sonrakı həyat şəraiti köklü şəkildə dəyişəcək və son dərəcə ağır olacaq.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Daha əvvəl – 21 iyunda İsrail İranın ən böyük nüvə tədqiqat mərkəzinin yerləşdiyi İsfahana zərbə endirib. Bu obyektlə yanaşı, ölkə ərazisində daha üç mühüm nüvə kompleksi də yerləşir. (Lent.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv