İrandan sonra növbədə Kubadır? – Trampdan İLGİNC AÇIQLAMA

İrandan sonra növbədə Kubadır? – Trampdan İLGİNC AÇIQLAMA






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ İrana qarşı hərbi əməliyyatını başa çatdırdıqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamağa başlamaq niyyətindədir.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib. O, həmçinin Kuba kökənli dövlət katibi Marko Rubioya da müraciət edərək deyib ki, ora qayıtmaq zaman məsələsidir:

“Marko, sən əla çalışırsan, Kuba adlı bir yerlə bağlı fantastik iş görürsən. Ora ilə baş verənlər heyrətamizdir. Amma biz əvvəlcə bunu (İran nəzərdə tutulur – red.) bitirmək istəyirik. Sizin və bir çox insanın Kubaya qayıtması yalnız zaman məsələsidir. Ümid edirəm ki, orada qalmayacaqsınız. Biz sizin geri qayıtmağınızı istəyirik”.

Ağ Ev rəhbəri açıqlamasında Venesueladan da danışıb. O, sözügedən ölkədə işlərin yaxşı getdiyinə əmin olduğunu bildirib:

“Delsi Rodrigez (Venesuelanın müvəqqəti prezidenti – red.) və onun ətrafı bizimlə işləyərək fantastik bir iş görürlər. Biz Venesueladan yüz milyonlarla barel neft alırıq və onu Hyustona, digər neft emalı zavodlarına göndəririk. Biz onlara illərdir qazandıqlarından daha çox pul göndəririk”.

Xatırladaq ki, bundan əvvəl “The Atlantic” qəzetinin özəl mənbələrə istinadən verdiyi məlumatda ABŞ-nin Kubaya qarşı hərbi əməliyyatı nəzərdən keçirdiyini bildirilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv