İnsanlar yazı yaranmazdan çox əvvəl məlumatları qeydə alırmışlar: Yeni elmi araşdırmanın nəticələri

İnsanlar yazı yaranmazdan çox əvvəl məlumatları qeydə alırmışlar: Yeni elmi araşdırmanın nəticələri






presstv

"Presstv"az #Audi, #Berlində

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beynəlxalq tədqiqatçılar müəyyən ediblər ki, buzlaşma dövrü insanları yazı yaranmadan çox əvvəl məlumatı qeydə ala biliblər.

presstvaz xəbər verir ki , bu barədə “Science Daily” məlumat yayıb.

Tədqiqatda qeyd olunur ki, 40 min il əvvəl yaradılmış simvollar erkən mixi yazılarla müqayisə oluna biləcək quruluş və mürəkkəbliyə malikdir.

Saarland Universiteti və Berlində Erkən Tarix Muzeyinin alimləri 260 Paleolit dövrü artefaktında – alətlərdə, zərgərlik əşyalarında və fil sümüyü heykəlciklərində 3 000-dən çox simvolu təhlil ediblər. Onlar müəyyən ediblər ki, təkrarlanan xətlərin və nöqtələrin təsadüfi olmadığı, xüsusi ardıcıllıq təşkil etdiyi görünür.

Kompüter modelləri göstərib ki, bu simvolların informasiya sıxlığı eramızdan əvvəl III minillikdə yaranan proto-mixi yazıya bənzəyir. Dilçi Kristian Benzin qeyd edib ki, bu simvollar tam yazılı dil olmasa da, vizual simvollardan istifadə edərək məlumatı qeyd etmək və ötürmək bacarığının erkən mərhələsini göstərir.

Tədqiqatçılar vurğulayıblar ki, bu simvollar resursları izləmək, bilik ötürmək və qrup daxilində əlaqələndirmə üçün istifadə olunub. Kiçik və portativ obyektlər praktiki istifadəyə işarə edir, informasiyanı kodlaşdırmaq bacarığı isə onminlərlə il ərzində tədricən inkişaf edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv