Xocalı soyqırımı və Buça faciəsi: Сəzasızlığın doğurduğu nəticələr

Xocalı soyqırımı və Buça faciəsi: Сəzasızlığın doğurduğu nəticələr






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Hadisə, #Rusiya, #Ukrayna, #Xocalı soyqırımı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin 4-cü ildönümündə dünya daha bir kədərli tarixi – Azərbaycanın Xocalı şəhərindəki soyqırımının ildönümünü xatırlayır. 2022-ci ildə azad edilmiş Buçadan yayılan kadrlar çoxları üçün şok oldu, lakin 1992-ci ildə Qarabağdakı hadisələri xatırlayanlar üçün bunlar ağrılı bir deja-vü oldu.

presstvaz xəbər verir ki, “Report”un müxbiri Mübariz Aslanovun “RBK-Ukrayna” üçün yazdığı məqalədə hərbi cinayətlərə görə cəzasızlığın nəyə gətirib çıxardığı və dünya ictimaiyyətinin bu cür faciəli hadisələrlə bağlı niyə səssiz qalmamalı olduğu barədə danışılır.

Qeyd olunub ki, Buça və Xocalı faciələrini 30 il ayırır, lakin Rusiya ordusunun iştirakı və dinc əhaliyə qarşı terror taktikası onları birləşdirir.

Müəllif xatırladıb ki, 1992-ci il fevralın 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı zamanı Rusiyanin 366-cı alayının iştirakı ilə şəhər yer üzündən silinib, aralarında qadın və uşaqların da olduğu 613 nəfər qətlə yetirilib.

Xocalı soyqırımı və Buça faciəsi: Сəzasızlığın doğurduğu nəticələr

Məqalədə iddia olunub ki, həmin cinayətin təşkilatçılarının cəzasız qalması Ukraynaya qarşı təcavüz üçün presedent olub.

“Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması yalnız onilliklər sonra başladı” yazan müəllif Ukrayna şəhərlərinə hücumun Qarabağdakı ilə eyni ssenari üzrə həyata keçirildiyini vurğulayıb.

O, dünya ictimaiyyətini işğala və insanlığa qarşı cinayətlərə hüquqi qiymət verməyə çağırıb. Əks halda, bu cinayətlər digər xalqlar üçün də presedentə çevrilir.

“Biz 21-ci əsrdə yaşayırıq, lakin Şərqi Avropada, Ukraynanın dinc şəhərlərində insanlığa qarşı cinayətlər davam edir… Xocalı faciəsindən 30 il sonra Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Mən əminəm ki, illərdir öz azadlığı uğrunda müqavimət göstərən Ukrayna ordusu da tezliklə buna nail olacaq”, – müəllif qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv