Sahibə Qafarova: “Danışıqlar masası arxasında heç kim və heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz”

Sahibə Qafarova: “Danışıqlar masası arxasında heç kim və heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Danışıqlar masası arxasında heç kim və heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz.

“Presstv”az   xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

O xatırladıb ki, məhz Azərbaycan sülh təşəbbüslərini irəli sürüb və sülh danışıqlarını davam etdirməkdə maraqlıdır. Spiker Sahibə Qafarova deyib ki, Azərbaycan sülh istəyir və sülh sazişinin tezliklə imzalanacağına ümid edir.

Münaqişədən sonra işğaldan azad edilmiş torpaqlarda Azərbaycan hökumətinin başlatdığı irimiqyaslı bərpa-quruculuq işləri barədə danışan Milli Məclisin sədri, deyib ki, bu gün Azərbaycan böyük investisiyalar hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır. Keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. Bu, Azərbaycanın yeni müharibədə maraqlı olmadığının sübutudur. O, Azərbaycan xalqının sülh istədiyini bildirib, ölkəmizin bu regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində göstərdiyi səylərini qeyd edib.

“Presstv”az xəbər portalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv