Oturaq həyat ölüm riskini artırır? – Alimlərdən MÜHÜM NƏTİCƏ

Oturaq həyat ölüm riskini artırır? – Alimlərdən MÜHÜM NƏTİCƏ






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Siqaret, #Xərçəng xəstəliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Onkoloji (xərçəng) diaqnozu qoyulduqdan sonra müntəzəm fiziki aktivlik ölüm riskinin azalması ilə əlaqələndirilir. Beynəlxalq alimlər qrupu yeddi növ xərçəng xəstəliyindən əziyyət çəkən 17 mindən çox insanın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəlib.

presstvaz-ın xəbərinə görə, araşdırmanın nəticələri “JAMA Network Open” jurnalında dərc olunub.

Tədqiqatçılar altı böyük, uzunmüddətli araşdırmanın məlumatlarını birləşdirərək iştirakçıların diaqnozdan əvvəl və diaqnozdan orta hesabla 2,8 il sonra fiziki aktivlik səviyyələrini qiymətləndiriblər. Daha sonra xəstələr təxminən 11 il ərzində izlənilib və onların fiziki aktivliyi ilə ölüm riski arasında əlaqə araşdırılıb. Təhlil zamanı nəticələrin daha dəqiq olması üçün yaş, cins, siqaret çəkmə vərdişi və xəstəliyin mərhələsi kimi amillər nəzərə alınıb.

Məlum olub ki, fiziki aktiv olan xəstələrdə bir sıra xərçəng növləri üzrə ölüm riski əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, ağız boşluğu xərçəngi zamanı ölüm riski 61 faiz, ağciyər xərçəngində 44 faiz, endometriya xərçəngində 38 faiz, sidik kisəsi xərçəngində isə 33 faiz azalıb.

Bundan əlavə, bu müsbət təsir hətta diaqnozdan əvvəl oturaq həyat tərzi keçirən, lakin sonradan müntəzəm idmanla məşğul olmağa başlayan şəxslərdə də müşahidə edilib. Ağciyər xərçəngi olan xəstələrdə ölüm riski 42 faiz, düz bağırsaq xərçəngində isə 49 faiz azalıb.

Müəlliflər vurğulayıblar ki, bəzi xərçəng növləri üçün hətta ortasəviyyəli fiziki aktivlik – həftədə 150 dəqiqədən az hərəkət belə, tam hərəkətsizliklə müqayisədə daha yaxşı nəticə verir.

Tədqiqatçılar səhiyyə işçilərini xərçənglə yaşayan insanlara və müalicədən sonrakı dövrdə dəstəyin bir hissəsi kimi fiziki aktivliyi təşviq etməyə çağırıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv