“Qiyamət günü” təyyarəsi Trampın Konqresə müraciəti ərəfəsində Vaşinqtona enib

“Qiyamət günü” təyyarəsi Trampın Konqresə müraciəti ərəfəsində Vaşinqtona enib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #İran, #təyyarə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin “Qiyamət günü” adlandırılan hərbi təyyarəsi Prezident Donald Trampın Konqresə illik müraciətindən bir neçə saat əvvəl Vaşinqtona enib.

presstvaz “RIA Novosti”yə istinadən xəbər verir ki, Tramp Vaşinqton vaxtı ilə saat 21:00-da Konqresin hər iki palatası qarşısında ölkənin vəziyyəti və administrasiyasının planları ilə bağlı çıxış edəcək.

“Boeing E-4B Nightwatch” təyyarəsi Luiziana ştatındakı Barksdeyl hərbi bazasından havaya qalxaraq təxminən üç saat yarımdan sonra Vaşinqtondan 24 kilometr məsafədə yerləşən Endryus aviabazasına enib.

“Boeing 747-200” modelinin hərbi versiyası olan “E-4B Nightwatch” milli hava əməliyyatları mərkəzinin uçan komanda məntəqəsi kimi fəaliyyət göstərir və fövqəladə hallarda prezident, müdafiə naziri və Baş Qərargah rəhbərliyi üçün nəzərdə tutulub.

ABŞ hazırda bu tipdən olan dörd təyyarədən istifadə edir. 2025-ci ilin iyununda da İrana zərbələr ərəfəsində analoji təyyarə Endryus bazasına yerləşdirilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv