Vaşinqtonda Xocalı soyqırımının ildönümü ilə bağlı sərgi təşkil olunub

Vaşinqtonda Xocalı soyqırımının ildönümü ilə bağlı sərgi təşkil olunub






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Avto, #avtomobillər, #Azərbaycan, #Özbəkistan, #Türkiyə, #Vaşinqton, #Xocalı soyqırımı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, LED ekranlarla təchiz olunmuş avtomobillər şəhərin mərkəzi küçələrində hərəkət edərək bir sıra mühüm dövlət binalarının qarşısından keçiblər. Marşrut ABŞ Konqresinin binasını (Kapitol binası), Ağ Evi (ABŞ Prezidentinin iqamətgahı), Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentini, Pentaqonu (ABŞ Müdafiə Nazirliyinin qərargahı) və digər dövlət əhəmiyyətli obyektləri əhatə edib.

LED ekranlarda “Xatırla, hörmət et, düşün -XOCALI 1992”, “34 il sonra, biz hər bir ruhu xatırlayırıq”, “XOCALI 1992 faciəsi – dünya bunu unutmamalıdır”, “XOCALI – onların cəsarəti və ağrısı bizimlədir”, “Xocalı qurbanları anır, xatirələrini əziz tuturuq”, “XOCALI soyqırımını unutma”, “Maarifləndir, ədalət tələb et və həmrəylik göstər”, “Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq, birlikdə müdafiə edirik”, “XOCALI üçün ədalət”, “Faciədən xatirəyə- XOCALI yaşayır”, “Günahsızlar üçün xatırla, ədalət üçün danış”, “Bir soyuq gecə – minlərlə itki”, “34 il sonra da XOCALI danışır” şüarları nümayiş etdirilib.

Aksiyanın əsas məqsədi Xocalı faciəsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, qurbanların xatirəsini anmaq və ədalət çağırışını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Məlumatlandırma aksiyası gün ərzində davam edəcək.

Aksiya çərçivəsində beynəlxalq ictimaiyyət Xocalı faciəsini unutmamağa, qurbanların xatirəsinə ehtiram göstərməyə və ədalətin təmin olunmasına dəstək verməyə çağırılıb.

Sonra isə Vaşinqtonda Xocalı soyqırımının 34-cü illiyinə həsr olunmuş “Qaranlıqdan işığa” adlı sərgi və rekviem konserti təşkil olunub.

Azərbaycanın ABŞ-dəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Özbəkistan və bir sıra ölkələrin səfirləri və digər diplomatik korpus nümayəndələri, yerli ictimaiyyət və Azərbaycanın ABŞ-dəki diaspor təmsilçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın tanınmış rəssamı Nazim Məmmədovun Xocalı soyqırımına həsr olunmuş kolleksiyası nümayiş olunub.

Bu çərçivədə ilk olaraq Xocalı soyqırımı zamanı həlak olmuş insanların və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu yad edilib.

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim azərbaycanlıların başına gətirilən bu faciədən danışıb və bu qaranlıq günlərin xalqı daha da gücləndirdiyini deyib:

“Dünyanın hər yerində yaşayan azərbaycanlılar bu günahsız insanların ruhlarının təkcə xatirələrdə deyil, həm də əməllərdə yaşamasına məsuliyyət daşıyır”.

“Arts Council Azerbaijan”ın direktoru Dadaş Məmmədov tədbir çərçivəsində açılan sərgi barədə danışaraq atası, tanınmış rəssam Nazim Məmmədovun Xocalı soyqırımına həsr etdiyi bu əsərləri həyatının 10 ili ərzində yaratdığını deyib.

O, 2002-ci ildə Xocalı faciəsinin 10-cu ildönümü münasibətilə 40-a yaxın əsərlərdən ibarət sərginin Milli İncəsənət Muzeyində açıldığını xatırladaraq sərgidə Nazim Məmmədovun bununla da özünün həyat missiyasını yerinə yetirdiyini əlavə edib.

D.Məmmədov bu sərginin bütün dünyada təşkil olunduğunu və kolleksiya haqqında hekayələri danışaraq incəsənət vasitəsilə bunu nümayiş etdirməkdən məmnunluğunu vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv