40 min "Volvo" geri çağırılır

40 min "Volvo" geri çağırılır






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Dollar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Volvo Cars” elektrik avtomobillərində aşkar edilən mümkün nasazlıqla bağlı genişmiqyaslı geri çağırma qərarı verib.

presstvaz xarici mətbuata istinadən xəbər verir ki, şirkət akkumulyator batareyalarının həddindən artıq qızma ehtimalı səbəbindən ümumilikdə 40 323 ədəd EX30 modelini servisə dəvət edir.

Rəsmi açıqlamada bildirilir ki, problem təhlükəsizlik baxımından risk yarada bilər. Bu səbəbdən bütün nasaz batareyalar müştərilər üçün tamamilə ödənişsiz şəkildə yeniləri ilə əvəz olunacaq. Eyni zamanda, avtomobil sahiblərinə ehtiyat tədbiri kimi batareyanın enerji yüklənməsini maksimum 70 faiz səviyyəsində saxlamaq tövsiyə edilib.

Mütəxəssislərin fikrincə, belə geniş geri çağırma kampaniyası istehsalçının bazardakı imicinə mənfi təsir göstərə bilər. Hesablamalara görə, yalnız təchizatçıdan alınacaq yeni batareyaların dəyəri təxminən 195 milyon dollar ola bilər ki, bu da şirkət üçün ciddi maliyyə yükü deməkdir.

Qeyd edək ki, EX30 modeli “Volvo”nun elektrik avtomobil strategiyasında əsas modellərdən biri hesab olunur.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv