Pezeşkian sülh sazişindən danışdı

Pezeşkian sülh sazişindən danışdı






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #İran, #İrəvan, #Məsud Pezeşkian, #Nəqliyyat, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan və Ermənistan arasındakı sülh prosesində əldə olunan irəliləyişi müsbət qiymətləndirərək, bunu regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün vacib addım adlandırıb.

presstvaz istinadən xəbər verir ki, Pezeşkian bu barədə Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşündə bildirib.

O, rəsmi Tehranın qonşu dövlətlərlə, xüsusilə Ermənistanla əlaqələri dərinləşdirməkdə maraqlı olduğunu və tərəflər arasında strateji tərəfdaşlıq haqqında sənəd üzərində işin yekunlaşmasına hazır olduqlarını vurğulayıb.

Görüş zamanı Pezeşkian regionda sabitliyi pozan istənilən addımın bütün dövlətlərə zərər verdiyini qeyd edərək, İranın sülh və dayanıqlı təhlükəsizlik siyasətinə sadiq olduğunu diqqətə çatdırıb. Öz növbəsində S.Papikyan müdafiə, iqtisadiyyat və nəqliyyat sahələrində İranla əməkdaşlığın İrəvan üçün strateji əhəmiyyət kəsb etdiyini ifadə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv