Luvr muzeyinin direktoru vəzifəsindən getdi

Luvr muzeyinin direktoru vəzifəsindən getdi






presstv

"Presstv"az #Audi, #Emmanuel Makron, #Fransa, #Hadisə, #Qarət hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Luvr muzeyinin direktoru Lorans de Kar istefa ərizəsi yazıb və Fransa Prezidenti Emmanuel Makron bu ərizəni qəbul edib.

presstvaz xəbər verir ki, bu barədə Yelisey Sarayının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, dövlət başçısı dünyanın ən böyük muzeyinin sakitliyə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, müasirləşdirmə işlərinin və “Luvr – yeni dirçəliş” layihəsinin tamamlanmasına ehtiyac duyduğu bir dövrdə bu məsuliyyətli addımı alqışlayıb.

Makron həmçinin Lorans de Kara Fransanın G7-yə sədrliyi çərçivəsində üzv ölkələrin aparıcı muzeyləri arasında əməkdaşlığın gücləndirilməsi üzrə missiya həvalə etmək istədiyini bildirib.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında Luvr muzeyində qarət hadisəsi baş verib. 8 482 brilyant, 35 zümrüd, 34 sapfir və 212 mirvari oğurlanıb. Oğurlanan zinət əşyalarının ümumi dəyəri 88 milyon avro qiymətləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv