Şamaxıda mərkəzi küçə acınacaqlı durumda – RƏSMİ CAVAB

Şamaxıda mərkəzi küçə acınacaqlı durumda – RƏSMİ CAVAB






presstv

"Presstv"az #Ailə, #Audi, #Ayaqqabı, #Hakim, #Şamaxı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şamaxı şəhərinin əsas giriş nöqtələrindən birində acınacaqlı vəziyyət hökm sürür.

Belə ki, “Laləzar” qəbiristanlığına gedən yolun yaxınlıqdan keçən su arxı zibil poliqonunu xatırladır. Tullantılar ətrafa səpələnib, əraziyə üfunət yayılıb.

Sakinlərin sözlərinə görə, ərazidə zibil qablarının olmaması onları tullantıları yol kənarına atmağa vadar edir.

Vətəndaşlar bildirirlər ki, zibil qabı qoyularsa və tullantılar mütəmadi daşınarsa, bu cür antisanitariya yaranmaz.

Ərazidə problem bununla bitmir. Belə ki, 40-a yaxın ailənin yaşadığı küçə uzun illərdir asfaltlanmır. Yağışlı günlərdə küçədən keçmək demək olar ki, mümkünsüzdür. Məktəbə gedən uşaqlar hər gün iki ayaqqabı dəyişməyə məcbur qalırlar.

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən Baku TV-yə bildirilib ki, illər öncə şəhərin girişində təyinatı tikinti məqsədi üçün olmayan sahədə rayonun perspektiv inkişaf və baş planına uyğunsuz şəkildə inşa olunmuş bir neçə fərdi yaşayış evinin yerləşdiyi əraziyə küçə adının verilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyil.

Buna baxmayaraq, orada artıq məskunlaşma faktı nəzərə alınaraq rayonda aparılan mərhələli asfaltlanma işləri çərçivəsində qeyd olunan ərazinin də abadlaşdırılmasına baxılacaq:

“Həmçinin sözügedən ərazidə bir neçə il bundan əvvələ qədər “Şamaxı Təmiz Şəhər” MMC tərəfindən məişət tullantılarının daşınması həyata keçirilib, lakin sakinlər tərəfindən müqavilə şərtlərinə əsasən ödəniş edilmədiyindən xidmət dayandırılıb. Sakinlərin istəyi nəzərə alınaraq qısa müddət ərzində yenidən onlarla MMC arasında müqavilə bağlanılacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv