Azərbaycanda bütün təhsil sənədlərinin elektron formada veriləcəyi vaxt açıqlandı

Azərbaycanda bütün təhsil sənədlərinin elektron formada veriləcəyi vaxt açıqlandı






presstv

"Presstv"az #Audi, #Nazirlər Kabineti, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Nazirlər Kabinetinin qərarına əsasən, bundan sonra bütün təhsil sənədləri – attestatlar, diplomlar və sertifikatlar yalnız elektron formatda veriləcək və kağız daşıyıcılar artıq təqdim edilməyəcək”.

presstvaz xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.

“Bu tədris ili başa çatdıqdan sonra bütün təhsil sənədləri yalnız elektron qaydada veriləcək. Keçid dövrü olaraq, bəzi tələbələr və şagirdlər kağız sənədləri əldə edə bilərlər, amma gələn tədris ilindən etibarən yalnız elektron sənədlər olacaq”, – deyə o bildirib.

V.Xanlarov Baku TV-yə açıqlamasında qeyd edib ki, elektron təhsil sənədlərinin yoxlanması daha asan olacaq və onların təhlükəsizliyi təmin ediləcək:

“Elektron qaydada verilən sənədin yoxlanması daha rahatdır və neqativ hallarda istifadə edilməsi mümkün deyil. Həmçinin sənədlərin verilməsi daha sürətli olacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv