Türkiyəli məşhurları məhkəməlik edən “Cio” – İstintaq yeni detalları ortaya çıxardı

Türkiyəli məşhurları məhkəməlik edən “Cio” – İstintaq yeni detalları ortaya çıxardı






presstv

"Presstv"az #Audi, #Ədliyyə Nazirliyi, #İstanbul, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə İstanbul Baş Prokurorluğunun məşhurların narkotik və fahişəlik iddiaları üzrə apardığı istintaq çərçivəsində yeni detallar ortaya çıxıb.

Bu barədə presstvaz “Sabah” nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, iş adamı Kasım Qaripoğlunun Yeniköydəki malikanəsində günlərlə davam edən narkotik məclislərində iştirak edənləri narkotiklə təmin edən şəxsin kimliyi məlum olub.

Müəyyənləşdirilib ki, Gürkan Kahramanoğlu adlı şübhəlini hamı “Cio” ləqəbi ilə tanıyırmış.

İstanbul Baş Prokurorluğu Ədliyyə Nazirliyindən Gürkan Kahramanoğlu barəsində qırmızı bülletenlə saxlanılma qərarının çıxarılmasını istəyib. Həmçinin “Cio”nun əməliyyatlar başlamazdan qısa müddət əvvəl ölkə xaricinə qaçdığı da müəyyən edilib.

Kasım Qaripoğlunun 10 il ərzində sürücüsü işləyən Ahmet Akçay ifadəsində “Cio”nu şəxsən tanımadığını deyib.

“Kasım bəyin təşkil etdiyi, demək olar ki, bütün məclislərin hamısına qatılırdı, kim olduğunu dəqiq bilmirəm. Bu şəxsi məclislərdə narkotik və alkoqolun təsiri altında görmüşəm”, – deyə o qeyd edib.

Ahmet Akçayın sözlərinə görə, “Cio” və “Saço” ləqəbli şəxslər narkotik təchizatçıları olublar və məclislərə narkotiklər gətiriblər.

“Məclislərdə Kasım Qaripoğlu, qardaşı Fatih Qaripoğlu, Burak Ateş, Şeyma Subaşı, Şevval Şahin, Defne Samyeli və qızı Derin Talu kimi şəxslər iştirak edirdilər. Bundan başqa, Kasım Qaripoğluya məxsus yaxtada da məclislər təşkil olunurdu. Yaxtada keçirilən məclislər narkotiklə təmin edilirdi. İllərdir eyni komandada işlədiyi üçün onunla Kasım bəy arasındakı münasibətlərdə etimad yaranmışdı”, – deyə o əlavə edib.

Kasım Qaripoğlunun sürücüsündən əlavə, onun barmeni kimi işləyən Atilla Aydın da ifadəsində “Cio” ilə bağlı vacib məlumatlar verib.

Aydının sözlərinə görə, məşhurların “Cio” ləqəbli bu narkotik satıcısı tez-tez bu məclislərdə görünürmüş.

“Yanında həmişə çanta gəzdirirdi. Gələn qonaqlara narkotik verirdi. Ödənişləri qonaqlar etmirdilər”, – deyə o qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv