Hərbi xidmətlə bağlı dəyişiklik: Fərqli hesablanacaq

Hərbi xidmətlə bağlı dəyişiklik: Fərqli hesablanacaq






presstv

"Presstv"az #Azərbaycan, #Hakim, #Sərəncam, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda bir sıra hərbçilərin həqiqi hərbi xidmət dövrünün başlanğıcı sayılacaq günlərlə bağlı dəyişiklik edilir.

presstvaz xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik təklif edilir.

Qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub.

Qeyd edilib ki, çağırışçılar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq.

Qüvvədə olan qanuna əsasən, bu, hərbi hissəyə göndərilmək üçün onların hərbi komissarlığa gəldikləri gündən sayılırdı.

Əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində isə bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər üçün müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün sayılırdı.

Dəyişikliyə görə, gizirlərin və miçmanların həqiqi hərbi xidmətində bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər üçün müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün sayılırdı.

Zabitlərin həqiqi hərbi xidmətində isə bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Bundan əlavə, ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün hərbi xidmətə çağırılması (qəbul olunması) barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Qanun layihəsində, həmçinin, qeyd edilib ki, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycanın qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə qəbul edilirlər. Bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların həqiqi hərbi xidmət keçəcəyi dövlət orqanlarının (qurumlarının) toplanış məntəqəsinə (hərbi hissələrə) aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Müddətli həqiqi hərbi xidmətə çağırılmış şəxslər hərbi hissələrə göndərilməzdən əvvəl qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq həqiqi hərbi xidmət başa çatanadək və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

Bildirilib ki, müvafiq icra hakimiyyəti orqanının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının və kursantlarının şəxsiyyət vəsiqələri müvəqqəti alınaraq həmin qurumda saxlanılır.

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına hərbi bilet veriləcək.

Qüvvədə olan qanuna əsasən isə hərbi uçotda olmayan qadınlar üçün hərbi xidmətin başlanğıcı hərbi komissarlığın sərəncamında göstərilmiş yerə getmə günündən tez olmayaraq hərbi rütbə verilməsi haqqında əmr imza edilən gün sayılırdı.

Dəyişiklikdən öncə müddətli həqiqi hərbi xidmətə çağırılmış Azərbaycan vətəndaşlarının hərbi xidmətə göndərilməsi hərbi komissarlıq tərəfindən Respublika toplanış məntəqəsi (muxtar respublikanın toplanış məntəqəsi) vasitəsi ilə həyata keçirilirdi. Həqiqi hərbi xidmətə çağırılmış şəxsləri hərbi hissələrə göndərməzdən əvvəl rayon (şəhər) hərbi komissarlıqları müəyyən edilmiş qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirdilər./report


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv