Premyer Liqada qol quraqlığı: Son doqquz ilin antirekordu təkrarlandı

Premyer Liqada qol quraqlığı: Son doqquz ilin antirekordu təkrarlandı






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Audi, #Azərbaycan, #Futbol, #İmişli, #Neftçi, #Premyer Liqası, #Qəbələ, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Futbol üzrə Azərbaycan çempionatında son doqquz mövsümün antirekordu təkrarlanıb.

presstvaz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXI turunda reallaşıb.

Turdakı beş qarşılaşmada beş qol vurulub. “Turan Tovuz” “Zirə”ni, “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı iki, “Sabah” “Kəpəz”i bir qolla məğlub edib. “Sumqayıt” – “Qəbələ”, “İmişli” – “Şamaxı” qarşılaşmaları qolsuz heç-heçə ilə başa çatıb. “Neftçi” – “Qarabağ” oyunu isə təxirə salınıb.

Baş tutan 5 görüşdə orta məhsuldarlıq 1-ə bərabər olub. Orta məhsuldarlığın 1 olması son 9 mövsümün antirekordunun təkrarıdır. Belə göstərici sonuncu dəfə ötən mövsümün XII turunda qeydə alınıb. 2024-cü il noyabrın 1-3-də keçirilən 5 matçda 5 qol vurulub.

Bu, mövsümün isə yeni antirekordudur. Ardıcıl ikinci turda məhsuldarlıq antirekordu qeydə alınır. Ötən turun 6 matçında 8 qol vurulmuşdu. Orta məhsuldarlıq 1.33-ə bərabər idi.

Qeyd edək ki, daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/2017 mövsümünə təsadüf edib. II turun 4 oyununda 3 qol vurulub və məhsuldarlıq 0.75 olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv