“Mançester Siti”də baş məşqçi dəyişikliyi: Qvardiola öz xələfini seçdi

“Mançester Siti”də baş məşqçi dəyişikliyi: Qvardiola öz xələfini seçdi






presstv

"Presstv"az #Audi, #Mançester Siti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Mançester Siti” klubunun sükanı arxasına keçəcək yeni mütəxəssis müəyyənləşib.

presstvaz-ın “Topskills Sports UK” nəşrinə istinadla yaydığı məlumata görə, cari mövsüm başa çatdıqdan sonra Xosep Qvardiola postunu tərk edəcək və onun yerini Entso Mareska tutacaq.

“Şəhərlilər” italiyalı çalışdırıcı ilə beş il müddətinə nəzərdə tutulan sözləşmə hazırlayıblar. Bu sazişin ispan mütəxəssisin işini yekunlaşdırmasının ardınca rəsmiləşdirilməsi gözlənilir. Yayılan xəbərlərə əsasən, Qvardiola Mareskanı özünə ən uyğun xələf sayır və rəhbərliyə məhz onu məsləhət görüb.

Xatırladaq ki, Qvardiolanın klubla hazırkı anlaşması növbəti mövsümün sonuna qədər qüvvədədir. Buna baxmayaraq, mətbuatda yer alan iddialar ispan məşqçinin bu yay komanda ilə vidalaşma ehtimalının yüksək olduğunu göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv