Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran zolaq – VİDEO

Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran zolaq – VİDEO






presstv

"Presstv"az #Audi, #Avto, #avtobus, #Avtobus zolağı, #avtomobillər, #Hadisə, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxtın Rəşid Behbudov küçəsində sürücülər yol nişanlanmasından narazıdırlar. Buna səbəb avtobus zolaqlarında qırıq xətlərin olmamasıdır. Nəticədə sürücülər sağa dönmə əməliyyatını birinci deyil, məhz ikinci zolaqdan yerinə yetirməli olurlar.

Maraqlıdır, sürücülər mövcud nişanlanma xətlərindən razıdırlar?

presstvaz AzTV-yə istinadən bildirir ki, sürücülərin sözlərinə görə, avtobus zolaqlarında qırıq xətlər olsa, məsələn, həmin zolağa daxil olaraq dönüş etmək daha rahat olar. Onların sözlərinə görə, 5.8.1 yol nişanlarının tətbiqi də vəziyyəti yaxşılaşdıra bilər.

Digər sürücü qeyd edir ki, yol enli olduqda zolaqlar maneə yaratmır, lakin bəzi küçələr kifayət qədər ensizdir və bu da hərəkəti çətinləşdirir.

Başqa bir sürücü isə yaşadığı çətinliyi belə izah edir:

“Bir dəfə məni çaşdırdı. Sahil metrosunun qarşısında hərəkət edirdim. Qarşıda svetofor var idi. Sağ tərəfdə isə asfaltın üzərində ox işarəsi mənə doğru istiqamətlənmişdi. Əvvəllər oradan qarşıdan gələn maşınlar üçün yol var idi. İndi isə sxemi dəyişiblər. O ox işarəsini oradan götürmək lazımdır”.

Ekspertlərin sözlərinə görə, yol nişanları ilə yol cizgiləri arasında uyğunsuzluq sürücülərdə çaşqınlıq yaradır. Eyni zamanda, keyfiyyətsiz və tez silinən boyalardan istifadə olunması da narahatlıq doğurur.

Mütəxəssislər bildirirlər ki, sürücülərin ən çox üzləşdiyi problem sola və sağa dönmə zamanı yaranır. Qanunvericiliyə əsasən, 5.8.1 nişanı sürücünü əvvəlcədən düzgün zolaq seçimi barədə məlumatlandırmalıdır. Lakin bu nişan bir çox yerlərdə mövcud deyil. Nəticədə sürücü sol zolaqla hərəkət edir, lakin kəsişməyə çatanda məlum olur ki, həmin zolaq yalnız sola dönmək üçündür. Bəzi hallarda isə nişanlanma ilə yol nişanları bir-birinə uyğun gəlmir – biri düz getməyi, digəri isə dönməyi göstərir. Bu da sürücülərin lüzumsuz cərimələnməsinə və hətta yol-nəqliyyat hadisələrinə səbəb olur.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, xüsusi hərəkət zolaqlarının mövcud olduğu küçələrdə sağa dönmək istəyən nəqliyyat vasitələri həmin zolaqda hərəkət edən ictimai nəqliyyatın üstünlüyünü nəzərə almalı, onlara yol verməli və kəsişmələrdə birbaşa ikinci zolaqdan sağa dönməlidirlər. Bu üsul beynəlxalq təcrübədə geniş tətbiq olunur. Çünki avtomobillərin avtobus zolağına daxil olması ictimai nəqliyyatın hərəkətini ləngidə bilər.

Beləliklə, yol nişanlanması ilə bağlı uyğunsuzluqlar sürücülərdə çaşqınlıq yaradır və qəza riskini artırır. Mütəxəssislər nişan və yol cizgiləri arasında uyğunluğun təmin olunmasını, eləcə də bəzi ərazilərdə yenidən nişanlanma işlərinin aparılmasını vacib hesab edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv